TAM YENİ
CAN-AM SPYDER RT

Modern görünüşü ilə təmamilə yenilənmiş, daha çox yük həcmi və daha yüksək komforta malik tam yeni Spyder RT sizə yolun həzzini almaq üçün daha çox imkanlar təklif edir

SPYDER RT: Yenilənmiş yürüş

Müqayisə olunmaz dərəcədə lüks

Hər horizontun sonunda kəşf etməyə yeni lüks var. 2 nəfər sərnişin tutumlu premium koforta sahib Spyder RT sizisadəcə A nöqtəsindən B nöqtəsinə çatdırmaqla kifayətlənməyəcək. Spyder RT sizə yürüşün əsl həzzini yaşamağa imkan verəcək.

Yeni Modern Dizayn

Tam rəngli LCD displey, müasir mərkəzi konsol, zəngin tekstur və premium LED işıqlar yeni Spyder-ə daha müasir görünüş bəxş edir.

PREMIUM KOMFORT

Yeni  və daha uzun ayaqaltılar, aşağılanmış qravitasiya mərkəzi, geniş oturacaqlar, yenilənmiş asqı, dah üstün dinamika, bir sözlə premium komfort hissini bəxş edə biləcək hər şey

Daha üstün rahatlıq

İnanılmaz dərəcədə rahat və geniş yük həcmi. 177 L yük həcmi və LinQ sistemli əlavə 60 L həcmli yük bölümü (yan yana 2 kaska üçün) isə opsional olaraq təklif olunur.

SPYDER RT LIMITED

Spyder RT Limited 2 nəfərin maksimum rahatlığı üçün uzun oturacaqlar, inteqrasiya olunmuş smartfon tətbiqləri, və bir sıra digər xüsusi imkanlarla təchiz olunub

Əsas Xüsusiyyətlər

  • Rotax® 1330 cc mühərriki (115 hp), yarım-avtomatik transmissiya, Vehicle Stability System və Eco Mode
  • Özü tənzimlənən arxa hava asqısı ilə maksimum sərnişin komfortu, quraşdırılmış sərnişin arxalığı, qızdırılan oturacaqlar, və sərnişin tutqacları.
  • 47 gal (177 L) yük həcmi  (LinQ yük qutusu ilə)
  • BRP Audio Premium 6-spikerli musiqi sistemi
  • Xüsusi LED işıqlar, tünd və ya xrom barmaqlıq seçimi

> Texniki Xüsusiyyətlər

SPYDER RT Sea to Sky

The Spyder RT Sea-to-Sky modelinin yumşaq adaptiv oturacaqları sizin səyahəti çox komfortlu edəcək ki, qarşınıza çıxan hər panoramanın həzzini ala biləsiniz.. Yeni Spyder-in iti və möhtəşəm görünüşü onun sürücüsünün də zövqünü tərənnüm edir.

Əsas Xüsusiyyətlər

  • Spyder RT Limited modelinin imkanlarına əlavə olaraq:
  • Yeni lüks Highland Green rəngi və tam rənglənmiş üst yük qutusu, titanium rəngli disklər.
  • Ultra-komfortlu oturacaqlar, Sea-to-Sky özəllikləri.
  • Eksklüziv titanium rəngli barmaqlıqlar
  • 3 ön və arxa karqo səyahət çantaları, rənglənmiş arxa panellər 

> Texniki Xüsusiyyətlər